# MUHASİB PRO — DEMO İSTİFADƏ SÖZLƏŞMƏSİ (v1, 2026-04-23)
> **Qeyd:** Bu mətn template-dir. Production-a keçməzdən əvvəl hüquqşünas reviewi tövsiyə olunur.
## 1. Mövzu
Bu sözləşmə Muhasib Pro proqramının (bundan sonra — "Xidmət") beta/demo versiyasından istifadə şərtlərini müəyyən edir.
## 2. Pulsuz istifadə
İstifadəçi Xidmətdən **pulsuz** istifadə edir. Heç bir ödəniş tələb olunmur.
## 3. Məsuliyyət məhdudiyyəti
Xidmət "olduğu kimi" təqdim edilir. Təşkilat Xidmətin fasiləsiz işləməsinə, data itkisiz qalmasına və mühasibat nəticələrinin 100% dəqiqliyinə zəmanət vermir. İstifadəçi öz fayl və məlumatlarını müstəqil ehtiyyat kopyalamağa məsuliyyət daşıyır.
## 4. Data sahibliyi
İstifadəçinin daxil etdiyi bütün məlumatlar istifadəçiyə aiddir. Təşkilat bu məlumatları anonimlik saxlamaqla sistem təkmilləşdirmə məqsədilə təhlil edə bilər.
## 5. Gələcək ödənişli model
Təşkilat gələcəkdə Xidməti ödənişli modelə keçirmək hüququna malikdir. Bu halda istifadəçiyə ən az **30 gün** əvvəlcədən email/proqram daxili bildiriş göndəriləcək. Demo dövründə yaradılmış məlumatlar ödənişli modelə keçid zamanı itirilmir.
## 6. Ləğv hüququ
İstifadəçi istənilən vaxt hesabını bağlaya bilər. Bu halda məlumatlar 30 gün ərzində silinir (bunun əvəzinə export da təklif olunur).
## 7. Əlaqə
info@muhasibpro.az
---
**Qəbul edilmə şərtləri:** Sözləşməni oxudum və qəbul edirəm.